8 C
Baku
Tuesday, March 19, 2024

2019 – 2025-ci illərdə ölkədə 31 “DOST” Mərkəzi yaradılacaq

İlk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin mart ayının sonu, aprel ayının əvvəllərində Bakı şəhərinin Yasamal rayonunda açılması gözlənilir.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, eyni zamanda, bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur. 2019 – 2025-ci illərdə ölkədə 31 “DOST” Mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq. 

Mərkəzlərdə dövlət sosial xidmətləri sistemləşdirilmiş formada vahid platformadan, “bir pəncərə”dən, vətəndaşlarla açıq iş şəraitində şəffaf və operativ şəkildə təqdim olunacaq. Bu xidmətlərə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələr üzrə xidmətlər daxildir. 
Son xəbərlər
Digər xəbərlər