Azərbaycanda əhalinin 2019-cu ilin yanvar-oktyabr ayları ərzində adambaşına düşən gəliri 4 719,2 manat təşkil edib. Bu da öncəki il ilə müqayisədə 6% artımın olması deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əhalinin adambaşına düşən gəliri bundan öncəki il üzrə artım isə 7,8% təşkil edirdi. Bu o deməkdir ki, 2019-cu ildə əhalinin adambaşına gəliri öncəki ildəkindən daha az sürətlə artıb. Digər öncəki olaraq 2017-ci ilin eyni dövründə 7,2%, 2016-cı ildə 7,6%, 2015-ci ildə isə 4,4% artım dinamikası ilə müşahidə edilmişdi.
Ümumi olaraq isə ölkədə yaşayan əhalinin gəliri 46 milyard 705,8 milyon manat təşkil edib. Bu illik müqayisədə 6,9% artıb. Öncəki ildə isə bu artım illik 8,7% idi.