Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6% artacağını proqnozlaşdırır. Bu barədə Banker.az-a hökumətdən məlumat verilib.
Hökumətin yenilənmiş proqnozlarına əsasən, 2018-ci ildə ÜDM-nin artım səviyyəsi 2% təşkil edəcək. Bu il qeyri-neft sektorunda artım 3,4% (2017-ci ildə 2,7%), qeyri-neft sektorunda azalma 0,3% (2017-ci ildə azalma 5%) səviyyəsində gözlənilir.
2018-ci ilin yekunları üzrə ÜDM-nin nominal həcmi 76 mlrd. 884,6 mln. manat səviyyəsində proqnozlaşdırılır.
2019-cu ildə nominal ÜDM 81 mlrd. 955,1 mln. manat, real iqtisadi artım 3,6% səviyyəsində proqnozlaşdırılır.
Gələn il qeyri-neft sektorunda artım 3,9%, neft sektorunda – 3,1% səviyyəsində proqnozlaşdırılır.
Hökumətin proqnozlarına görə, cari ildə Azərbaycanda orta illik inflyasiya 3,1% (2017-ci ilin yekunları üzrə 12,9%), 2019-cu ildə 3,8% təşkil edəcək.
2017-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.