Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun və ehtiyac meyarının həddi məbləği məlum olub.
Bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.
Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur. 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdi.
Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq III oxunuşda qəbul olunub.