10 C
Baku
Thursday, December 12, 2024

2020-ci ildə ət istehsalının 3% artacağını proqnozlaşdırılır

2020-ci ildə Azərbaycanda 346 min ton ət istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin yekunları üzrə gözlənilən göstəricidən 3% çoxdur.

Bu barədə hökumətdən məlumat verilib.

Bunun 146,7 min tonu mal ətinin (2019-cu illə müqayisədə artım 4%), 84 min tonu qoyun ətinin (artım 2%), 114,7 min tonu isə quş ətinin (artım 2,3%) payına düşəcək.

Hökumətin qiymətləndirmələrinə görə, respublikada ət istehsalının artım tendensiyası 2024-cü ilədək qalmaqda davam edəcək. 2021-ci ildə 356 min ton, 2022-ci ildə 367 min ton, 2023-cü ildə 378 min ton ət istehsal olunacağı proqnozlaşdırılır.

Beləliklə, 2023-cü ildə ət istehsalı 2019-cu illə müqayisədə 12,5% artacaq.

2023-cü ilədək mal əti istehsalı 17% – 165 min tonadək, qoyun əti istehsalı 9,2% – 90 min tonadək, quş əti istehsalı 92% – 122,4 min tonadək artacaq.

2019-cu ildə 336 min ton ət istehsal olunacağı gözlənilir. 2018-ci ildə bu göstərici 326 min ton təşkil edib.

© “İnterfaks-Azərbaycan”

Son xəbərlər
Digər xəbərlər