2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795.7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 4 dəfə azdır.
2020-ci ildə ölkəmizə gələnlərin 28.3 faizi Rusiya Federasiyası, 23.2 faizi Gürcüstan, 20.2 faizi Türkiyə, 9.1 faizi İran, 4.5 faizi digər ölkələrin vətəndaşları, 0.1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70 faizi dəmir yolu və avtomobil, 27.6 faizi hava, 2.4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.