5 C
Baku
Saturday, December 14, 2024

2020-ci ildə Azərbaycanda ən çox üzüm istehsal edən rayonlar açıqlandı (SİYAHI)

Azərbaycan Respublikası ərazisində 2020-ci ildə 15 978 hektar sahə məhsul yığımı üçün üzüm bağları olmuş, həmin sahədən 63 582 ton həcmində üzüm məhsulu yığılmışdır. Bu isə o deməkdir ki, bu il öncəki illə müqayisədə 7 036 ton, yəni, 12.4% çox olub. Bununla bağlı AzStatKom-un cari ilin yanvar-sentyabr aylarına olan göstəricisində deyilir.

Məhsul yığımı üzrə ən böyük göstərici Şəmkir rayonu ərazində olub. Burada 556 hektar olan üzüm sahəsində  26 855 ton həcmində üzüm məhsulu tədarük edilib. Şəmkir rayonu respublika üzrə yığılmış üzümün 15.9% payına sahib olub.

İkinci sırada Cəlilabad rayonu olmuş. Burada 1 401 hektar üzüm bağından 22 900 ton həmcində üzüm məhsulu yığılıb. Respublika üzrə cəmi məhsul yığımında 13.6 paya sahib olmuşdur.

Üçüncü sırada isə Tovuz rayonudur. Bu rayonoun ərazisindəki 794 hektar üzüm sahəsindən 16 200 ton həcmində məhsul yığımı olub. Respublika üzrə məhsul yığımının 9.6% bu rayonun ərazindən olub.

Qeyd edək ki, üzüm istehsalına talvar üzümü də daxil olmaqla məhsuldar və cavan tənəklərdən toplanan üzüm daxildir.

33

Son xəbərlər
Digər xəbərlər