2020-ci ildə səyahət üçün ən yaxşı ölkələrin reytinqinin lideri Butan Krallığıdır. Onun ardınca İngiltərə, Şimali Makedoniya, Karib dənizinin cənubundakı Aruba adası və Cənubi Afrikadakı Esvatini Krallığı gəlir. Qeyd edək ki, ilk onluğa həmçinin Kosta-Rika, Niderland (Hollandiya), Liberiya, Mərakeş və Uruqvay daxil olmuşdur.
Banker.az xəbər verir ki, may ayında Avstraliyanın “Lonely Planet” nəşriyyatının mütəxəssisləri, 2019-cu ildə Avropada səyahət üçün ən yaxşı yerlərin siyahısını tərtib etmişdilər. Ən mənzərəli yerlər arasında birinci yerdə Karpat dağ sisteminin ən yüksək nöqtəsi – Yüksək Tratrlar olmuşdur. İkinci yerdə İspaniyanın Madrid şəhəri, üçüncü yerdə isə İslandiyadır.