7 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

2020-ci ilin ən zəif parolları məlum olub

“NordPass” parol menecerinin tərtibatçıları bu il istifadə olunmuş 200 ən zəif parol siyahısını dərc ediblər. “123456” ardıcıl rəqəmlər kombinasiyası lider olub. 2019-cu ildə isə “12345” parolu lider olmuşdu.

“NordPass”ın məlumatları 275699516 paroldan ibarət verilənlər bazasına əsaslanır. Həmin parollardan yalnız 122894788 və ya 44%-i unikal olub.

Top-200 ən zəif parol siyahısında 78 parol yenidir. Məsələn, “picture1” parolu üçüncü yeri tutub, “Million2” 15-ci, “aaron431” isə 18-ci yerdə qərarlaşıb. Əksər kombinasiyaların (“123456”, “123456789”, “password”, “qwerty”, “abc123” və sairə) müdaxiləsinə 1 saniyədən az vaxt lazımdır.

2020-ci ilin ən zəif parollarının ilk 20-liyi aşağıdakı kimidir:

  1. 123456
  2. 123456789
  3. picture1
  4. password
  5. 12345678
  6. 111111
  7. 123123
  8. 12345
  9. 1234567890
  10. senha
  11. 1234567
  12. qwerty
  13. abc123
  14. Million2
  15. 000000
  16. 1234
  17. iloveyou
  18. aaron431
  19. password1
  20. qqww1122
Mənbə:İctnews
Son xəbərlər
Oxşar xəbərlər