10 C
Baku
Thursday, December 12, 2024

2021-ci ilədək 7 mindən artıq ailə güzəştli şərtlərlə mənzil sahibi olacaq

Azərbaycanda 2021-ci ilə qədər 7000-dən artıq ailə güzəştli şərtlərlə mənzil sahibi olacaq.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, 2016-2018-ci illər ərzində vətəndaşların uyğun qiymətə mənzillə təmin edilməsi məqsədilə Yeni Yasamal, Hövsan və Sumqayıt layihələrinin  icrasına başlanılıb və 2021-ci ilə qədər 7000-dən artıq ailənin güzəştli şərtlərlə mənzil sahibi olacağı nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər