-1 C
Baku
Saturday, December 14, 2024

2021-ci ildə Avropanın ən populyar 5 avtomobil markası

2021-ci ilin oktyabr ayında Avropa bazarında minik avtomobillərinin satışının həcmi 29.3% azalaraq cəmi 798 690 ədəd təşkil edib.

Banker.az xəbər verir ki, elə əhəmiyyətli azalma nəqliyyat vasitələrinin istehsalı üçün tələb olunan mikroçiplərin çatışmazlığı ilə əlaqəli olub.

“New Cars” portalının ekspertləri bu ilin oktyabr ayında Avropanın ən populyar avtomobil markalarının reytinqini təqdim ediblər.

Beşinci sıranı Almaniyanın “BMW” şirkəti tutur, onun rəsmi dileri Avropa İttifaqında 47.7 min avtomobil satmağa müvəffəq olub ki, bu da ötən illə müqayisədə 21.2% azdır.

Dördüncü yerdə alman avtomobil sənayesinin digər nümayəndəsi – “Mercedes-Benz” markası dayanır. 2021-ci ilin oktyabr ayında 48.1 min (36.3% azalma) “Mercedes” satılıb.

Üçüncü sıra 50.9 min avtomobil satışı ilə (keçən illə müqayisədə 36% azalma) Fransanın “Renault” şirkətinə məxsusdur. Reytinqin ikinci pilləsini “Peugeot” konserni tutur. Bu markanın Avropa İttifaqında 52.7 min avtomobili satılıb (30.5% azalma).

Və nəhayət, reytinqin lideri 74 min satışla (40.2% azalma) avtomobil nəhəngi “Volkswagen” seçilib.

Son xəbərlər
Digər xəbərlər