“World Car Awards”ın münsiflər heyəti tərəfindən 2021-ci ilin ən yaxşı avtomobili seçilib.
Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
Yarışın saytında yerləşdirilən məlumata görə, bu, “Volkswagen ID.4” elektromobili olub.
Alman istehsalçısının əsas rəqiblərinin “Honda E” və “Toyota Yaris” olduğu göstərilir. Qeyd edildiyi kimi, mükafatın qalibi 798, ikinci və üçüncü yerlərdə olan avtomobillər isə müvafiq olaraq 742 və 732 xal toplayıb.
Bundan əlavə, yarışmanın nəticələrinə əsasən, sedan “Mercedes-Benz S-Class” 853 xalla “ən lüks avtomobil”, “Porsche 911 Turbo” isə “ən səmərəli avtomobil” kateqoriyalarında qalib gəlib.
2021-ci ildə “Honda E” elektromobili həm də “ən yaxşı şəhər avtomobili” adını qazanıb. “Land Rover Defender” avtomobil modeli isə 299 xala və “ən yaxşı dizayn” mükafatına layiq görülüb.
Xatırladaq ki, 2019-cu ildə ilin ən yaxşı avtomobili elektromobil “Jaguar I-Pace” olub. Bu model həm də “ən ekoloji avtomobil” kateqoriyasında qalib gəlib. Onunla yanaşı “Audi e-tron” və “Volvo S60/V60” liderlər sırasında olub.