6 C
Baku
Sunday, December 15, 2024

2021-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsi MM plenar iclasına tövsiyə edilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Banker.az xəbər verir ki, iclasda maliyyə naziri maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Statistika komitəsinin sədrinin müavini Yusif Yusifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iştirak edib.

İclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyi müzakirə olunub.

Müzakirələrdən sonra layihələr MM plenar iclasına tövsiyə edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər