Azərbaycanda 2022-ci il və sonrakı 3 il üçün ölkənin yanacaq – enerji balansının layihəsi hazırlanacaq.
Banker.az xəbər verir ki, bu, “2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” ölkə prezidentinin 2020-ci il 30 dekabr tarixli fərmanının icrasının təmin edilməsi haqqında Nazirlər Kabinetinin sərəncamında öz əksini tapıb.
Sərəncama əsasən, Energetika, İqtisadiyyat və Maliyyə Nazirlikləri sözügedən sənədi hazırlayıb 5 ay müddətində hökumətə təqdim etməlidirlər.