28 C
Baku
Sunday, July 21, 2024

2022-ci ilin ilk yarısında “Ferrum Kapital”ın bank borcları artıb

Azərbaycanda faktorinq xidmətini həyata keçirən, AGA şirkətlər qrupunun törəməsi  “Ferrum Kapital” QSC 2022-ci ilin ilk yarısında xalis mənfəət əldə edib, amma öhdəliklərinin həcminin artımı isə davam edir.

Banker.az xəbər verir ki, “Ferrum Kapital” yarım ildə 50.95 milyon manatlıq kredit verib, 7.44 milyon manatlıq komissiya gəliri əldə edib, 4.69 mln. manatlıq əməliyyat və faiz xərcləri olmuş, 0.39 mln. manat mənfəət vergisi ödəmiş, nəticədə 2.37 mln. manat xalis mənfəət əldə edib. Öncəki ilin eyni dövründən xeyli yüksəkdir. Qeyd edilən tarixdə faktorinq şirkət 1.92 mln. manat xalis mənfəət etmişdi.

“Ferrum Kapital”ın aktivlərinin həcmi 65.65 mln. manat olub, bunun da 55.71 mln. manatı verdiyi debitor borclardır.

Bununla belə, onun öhdəlikləri də yüksəlib. Öhdəliklərin həcmi 47.12 mln. manatdan 52.47 mln. manata yüksəlib. Bu borcların 41.15 mln. manatı banklardan cəlb edilmiş kreditlər, 10.33 mln. manatı isə törəmə maliyyə alətləri üzrə borclardır.

2 1 111111

Son xəbərlər
Digər xəbərlər