“Ölkəmiz xarici əməkçi miqrantları üçün də cəlbedicidir”.
Banker.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclasında deyib.
İclasın yekununda 2023-cü il üçün əmək miqrasiyası kvotasına, eyni zamanda 2022-ci ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilmiş dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.