8 C
Baku
Sunday, November 17, 2024

2023-cü il üçün sosial islahatlar layihəsi hazırlanır

Növbəti sosial islahatlar paketi üçün təkliflər hazırlanaraq təqdim ediləcək.

Banker.az xəbər verir ki, bu barədə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir son 3 il yarım ərzində Azərbaycanda 4 milyon vətəndaşı əhatə edən 3 sosial islahat paketinin icra olunduğunu deyib. Bunun üçün yalnız dövlət büdcəsindən əlavə olaraq 6 milyard manat, yəni ölkənin icmal büdcəsinin 20%-indən çox vəsait ayrıldığını qeyd edib.

S.Babayev həmin dövrdə minimum əmək haqqının 2.3 dəfə, əməkhaqqı fondunun 2.2 dəfə artdığını, əməkhaqqı fonduna əlavə 8 milyard manat yönəldildiyini bildirib.

Median əmək haqqında 86%, minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 75% artım baş verdiyini diqqətə çatdırıb.

Nazir sosial müavinət və təqaüdlərdə də 3,5 dəfə artım olduğunu deyib. Müavinət və təqaüd istiqaməti üzrə ayrılan illik vəsaitin 2018-ci ilə nisbətən 400 milyon manatdan 1 milyard manat artaraq 1,4 milyard manata çatdığını bildirib.

Son xəbərlər
Digər xəbərlər