2023-cü ild bir çox milyarderlər üçün uğursuz olub. “Forbes” yazır ki, bu il dünyanın ən varlı adamları reytinqində 2640 nəfər on rəqəmli səvətə sahib olub. Xatırladaq ki, 2022-ci ildə bu rəqəm 2668 təşkil edib.
Dünyanın ən varlı insanlarının ümumi sərvəti 12.2 trilyon dollardır ki, bu da keçən illə müqayisədə 500 milyard dollar azdır. Lakin dünyanın ən varlı adamlarının heç də hamısı yoxsullaşmayıb.
Bazarlar üçün pis il olmasına, inflyasiyanın artmasına və Şərqi Avropada gərgin geosiyasi vəziyyətə baxmayaraq, bir çox milyarder öz sərvətlərini on milyardlarla dollar artırıb.
Məsələn, “Louis Vuitton”, “Christian Dior” və “Tiffany & Co.” markalarının sahibi Bernar Arno sərvətini 53 milyard dollar artırıb. Hazırda milyarderin ümumi sərvəti 211 milyard dollar təşkil edir və o, dünyanın ən varlı adamları reytinqində birinci yeri tutur.
Sinqapur kralı Lou Tak Kvonq sərvətini 21.8 milyard dollar artırıb. Onun sərvəti 25.5 milyard dollar olaraq qiymətləndirilir. 2023-cü ildə varlanan daha bir milyarder “Zara”nın sahibi Amansio Orteqa olub – sahibkar 17.7 milyard dollar varlanıb. “Bloomberg LP”nin sahibi Maykl Blumberq isə 12.5 milyard dollar varlanaraq, sərvətini 94.5 milyard dollara çatdırıb.