13 C
Baku
Wednesday, May 8, 2024

2023-cü ildə hərraclarda yerli banklara $3.9 milyard valyuta satılıb

2023-cü ilin son valyuta hərracı bu gün bitdi və il ərzində Azərbaycan banklarına 3 milyard 878.5 milyon dollar valyuta satılıb.

Bunu Banker.az-ın Mərkəzi Bankdan əldə etdiyi rəqəmlər üzrə hesablamaları deyir.

Bu da illik müqayisədə 1 milyard 71 milyon dollar və ya 21.6% azdır.

Valyuta hərraclarının bir hissəsində Dövlət Neft Fondu satış mövqeyində çıxış edib.

343232423423

2023-cü ildə ümumilikdə 96 valyuta hərracı keçirilib, ən yüksək satışlar isə ilin son ayında olub. Nəticədə valyuta hərraclarında dollar satışları son iki ilin maksimumuna yüksələrək 603.8 mln. dollar.

 

Tarix  Mln. dollar
2020-ci il 7 303.7
2021-ci il 6 691.2
2022-ci il 4 949.5
2023-ci il 3 878.5

 

Azərbaycan Mərkəzi Bankı son faiz dərəcəsinə dair açıqlamasında bildirir ki, tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqədar (9 ayda 6.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 12.5%-i) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib. Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş 1.4 mlrd. ABŞ dolları təşkil etmişdir. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3% artaraq 10.8 mlrd. ABŞ dollarını keçib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər