9 C
Baku
Friday, December 13, 2024

“2023-cü ildə qlobal iqtisadi artım 3 %-dən aşağı enəcək”

2023-cü ildə qlobal iqtisadi artımın Ukraynadakı müharibənin təsiri və pul-kredit siyasətinin sərtləşməsinin davam etməsi nəticəsində 3 %-dən aşağı enəcəyi gözlənilir.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) idarəedici direktoru Kristalina Georgieva Çində keçirilən “Boao Asiya Forumu -2023”də çıxışı zamanı deyib.

K.Georgieva hesab edir ki, 2023-cü il daha bir çətin il olacaq.

Onun sözlərinə görə, qlobal iqtisadiyyat artıq bir müddətdir ki, təlatümlü vəziyyətdədir, şok ardınca şok yaşayır:

“Uzun müddət davam edən aşağı faiz dərəcələrindən inflyasiya ilə mübarizə üçün lazım olan daha yüksək dərəcələrə sürətli keçid bəzi inkişaf etmiş iqtisadiyyatlarında bank sektorunda qarışıqlığa səbəb oldu və siyasət seçimlərini daha da çətinləşdirdi”.

K. Georgieva hesab edir ki, qarşıda duran çətinliklərlə əməkdaşlıq və həmrəylik kimi 2 yola mübarizə aparıla bilər: “Əməkdaşlıq, bütün dünyada gəlirləri və həyat səviyyəsini artıran ticarət inteqrasiyasını dərinləşdirməklə qlobal iqtisadiyyatı çoxdan dəyişdirib. Son 40 il ərzində dünya iqtisadiyyatı 3 dəfə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkə iqtisadiyyatları isə 4 dəfə artıb. Bu dövrdə təkcə Çinin dünya iqtisadiyyatına daha çox inteqrasiya olunduğuna görə, bu ölkədə 800 milyon insan yoxsulluqdan xilas olub.

Eyni zamnada bütün Asiya ölkələri üçün ticarət inteqrasiyası bir çox onilliklər ərzində güclü ÜDM artımının əsas tərkib hissəsi olub. Ancaq qloballaşmanın faydaları ölkələr və insanlar arasında bərabər şəkildə bölüşdürülmədiyini də qəbul etməliyik. Bunula yanaşı, təchizat zəncirlərinin daha təhlükəsiz və şaxələndirilməli olduğunu öyrəndik.

Bu narahatlıqların aradan qaldırılması praqmatik yanaşma tələb edir – məsələn, beynəlxalq ticarəti ədalətli şəkildə yenidən canlandırmaq və tədarük zəncirlərini yalnız iqtisadi məntiqə əsaslanmaqla diversifikasiya etmək vacibdir.

Tədqiqatımız göstərir ki, ticarətin parçalanmasının uzunmüddətli itkiləri qlobal ÜDM-in 7 %-nə qədər yüksələ bilər. Bu da, təxminən Almaniya və Yaponiyanın birgə illik istehsalına bərabərdir. Asiya yüksək inteqrasiya olunmuş bir bölgə olaraq, nəzarətdən çıxmış parçalanmadan ən çox mənfi təsirə məruz qalacaq bölgə olacaq”.

MF-in rəhbəri qeyd edib ki, son 3 ildə xüsusilə aşağı gəlirli və həssas ölkələr və insanlar ağır zərbələr alıb: “Əməkdaşlıq ona ən çox ehtiyacı olanlarla həmrəyliklə yanaşı gedir. Həmrəylik gələcək nəsillərə də şamil edilməlidir – və bu, iqlim dəyişikliyi ilə mübarizədə daha çox əhəmiyyət kəsb edir, xüsusən də yüksək əhali sıxlığı və iqlim şoklarına məruz qalan Asiyada. Bu, həm də iütisadiyyatda artım və iş yerlərinin yaradılması üçün çox lazım olan imkanlar təklif edərək, “yaşıl iqtisadiyyat”a keçidi sürətləndirmək üçün bir yerdir”.

Son xəbərlər
Digər xəbərlər