12 C
Baku
Tuesday, May 7, 2024

2023-cü ilin ən nüfuzlu adamları açıqlanıb – “Time100”

“Time” jurnalı 2023-cü ilin ən nüfuzlu 100 adamının illik siyahısını açıqlayıb. O, altı kateqoriyaya bölünür: artistlər, novatorlar, titanlar, kumirlər, qabaqcıllar və liderlər. Tanınmış sahibkarlar da bu reytinqə daxildirlər.

“Titanlar”

Bu kateqoriyaya “Apple”ın qurucusu Stiv Cobsun dul arvadı Loren Pauel daxil olub. 2022-ci ildə o, sahibkarın dostları və qohumları ilə birlikdə şərəfinə “arxiv” açıb. 2023-cü ildə layihə Cobsun müsahibələri, çıxışları və yazışmalarından ibarət kitab nəşr edib.

Loren Paueldən başqa “Titanlar” arasında “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask görünüb. “TikTok”un baş direktoru Çjou Şouzi və COVID-19-a qarşı peyvənd hazırlayan “Pfizer” və “BioNTech” şirkətlərinin qurucuları da bu siyahıdadırlar.

“Novatorlar”

Bu kateqoriyaya “Disney”in rəhbəri Bob Ayqer daxildir.

“Qabaqcıllar”

Gözləndiyi kimi, “Qabaqcıllar” kateqoriyasında getdikcə daha çox populyarlıq qazanan ChatGPT süni intellektinin yaradıcısı “OpenAI” şirkətinin rəhbəri Sem Altman liderlik edir. Eyni zamanda, “Google”un süni intellekt bazarında rəqabət aparmaq üçün yaratdığı AI şöbəsinin müdiri Marqaret Mitçel də bu siyahıdadır.

“Kumirlər”

Bu kateqoriyaya “Patagonia” brendinin qurucusu İvon Şuinar daxil olub. 2022-ci ildə o, şirkətini bütün mənfəətini iqlim dəyişikliyinə xərcləyəcək qeyri-kommersiya təşkilatına verib.

“Liderlər”

“Liderlər” kateqoriyasında Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya rəhbərlik edir. Qeyd edək ki, Zelenskinin özü bu il “Time100” reytinqinə düşməyib. Yelena Zelenskayadan başqa siyahıya ABŞ prezidenti Co Bayden, Almaniyanın kansleri Olaf Şolts və Yaponiyanın baş naziri Fumio Kisida daxil olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər