13 C
Baku
Saturday, May 18, 2024

2023-cü ilin ilk 3 rübündə dövlət xəzinəsi ₼2.2 mlrd. borclanıb

Maliyyə Nazirliyinin xətti ilə 2023-cü ilin ilk 3 rübü ərzində 2 milyard 215.73 milyon manat həcmində dövlət istiqrazları buraxılıb.

Bu barədə Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir.

Bu da illik müqayisədə 1 milyard 286.5 milyon manat və ya 38% artımdır.

Qeyd edək ki, qısa və orta müddət üçün buraxılan dövlət istiqrazlarının gəlirliliyi 2023-cü ilin əvvəli ilə müqayisədə bir qədər düşüb. Belə ki, 1 illik dövlət istiqrazları ilin əvvəlində 7.54%-dən 6.26%-ə, 2 illik 9.26%-dən 8.04%-ə, 3 illik 9.87%-dən 7.78%-ə düşüb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər