12 C
Baku
Tuesday, May 7, 2024

2023-cü ilin ilk rübü tədiyə balansında $3.5 mlrd. profisit (qalıq) yaranıb

2023-cü ilin I rübü üzrə tədiyə balansı1 əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankında məlumat daxil olub.

Cari əməliyyatlar balansında 3.4 mlrd. dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 1.3 mlrd. dollar profisit yaranmış, ehtiyat aktivləri 3.5 mlrd. dollar artıb.

Bu dövrdə xam neftin orta qiyməti 85 dollar/barel olub, qeyri-neft-qaz ixracı isə 27% artaraq 900 mln. dollar səviyyəsində formalaşıb.

2023-cü ilin I rübü üzrə cari əməliyyatlar (CƏB) hesabının profisiti 3.4 mlrd. dollar və ya ümumi daxili məhsulun 18.9%-ni təşkil etmişdir (2022-ci ilin I rübü üzrə 3.9 mlrd. dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 7.6% azalaraq 5.1 mlrd. dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 10.3% artaraq 1.7 mlrd. dollar məbləğində olub.

oui

Son xəbərlər
 ⁠
Digər xəbərlər