2023-cü ilin iyununda valyuta hərraclarının həcmi kəskin düşüb və bu son illərinin minimumudur.
Banker.az xəbər verir ki, Dövlət Neft Fondu (ARNDF) tərəfindən yerli banklara iyun ayında $58.4 mln. valyuta satılıb. Azərbaycanda Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibəti ilə 26 iyundan 2 iyula qədər qeyri-iş günü sayıldığından iyun ayının son valyuta hərracı 23 iyuna düşür.
İyunda cəmi beş valyuta hərracı keçirildi.
Bu beş valyuta hərracında müvafiq olaraq $14.1, $8.6, $1.5, $10.6 və $23.6 həcmində valyuta satıldı.
Beləliklə, ilin ilk yarısında banklar ARDNF-dən $1 mlrd. 550.8 mln. həcmində valyuta almış oldular ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə $1 mlrd. 188.7 mln. və ya 43.4% azalmadır.