16 C
Baku
Monday, April 29, 2024

2023-də ən çox tələb olunan və maaşı 100 min dolları keçən 10 peşə

İş axtarışı xidməti “Ladders” 100 min dollardan başlayan maaşlarla ən çox tələb olunan peşələrin siyahısını açıqlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Reytinq müəlliflərinin fikrincə, yüksək qazanc əldə etmək üçün ən azı üç il iş təcrübəsi və ya elmi dərəcəyə malik olmaq lazım deyil.

“Ladders” 2023-cü ildə ən çox vakansiyaya malik 10 peşəni müəyyənləşdirib:

1. Proqram təminatı mühəndisi (Software engineer)

2. Baş proqram mühəndisi (Senior software engineer)

3. Layihə meneceri

4. Klinik psixoloq

5. Sistem mühəndisi

6. Klinik sosial işçi (Licensed clinical social worker)

7. Stomatoloq

8. Proqram mühəndisi

9. İlkin tibbi yardım həkimi (Primary care physician)

10. Psixiatr

Lakin sadalanan peşələrin heç də hamısı 100 min dollar maaşa zəmanət vermir. Məsələn, ABŞ-da bir sosial işçi orta hesabla ildə 61 776 dolla qazanır. Bununla belə, “Ladders” araşdırmasına görə, siyahıdakı peşələrin əksəriyyətinin başlanğıc maaşı 100 000 dollardan başlayır. Bu, bir çox şirkətlərdə mütəxəssis çatışmazlığından xəbər verir, buna görə də ixtisaslı işçiləri cəlb etmək üçün maaşlar artır.

“Ladders” hesabatında ən yüksək maaş alanların proqram mühəndisləri və menecerlər olduğu müəyyən edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər