2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində (148 milyon manat) 41 708 ton ət idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ət idxalı dəyər ifadəsilə 2.9% artıb, miqdar ifadəsilə 6.4% azalıb
2022-ci ildə Azərbaycana 84 milyon 264 min dollar dəyərində 44 573 ton ət idxal olunmuşdur.
1 ton ətin gömrük rəsmiləşdirilməsi qiyməti 1890 dollardan 2080 dollara çatıb (190 dollar artım).
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.50%-ni təşkil edib.