7 C
Baku
Saturday, December 28, 2024

2024-cü ildəki hərraclarda ümumilikdə $7.2 valyuta satılıb

Azərbaycanda 2024-cü il üzrə valyuta hərracları 25 dekabrda tamamlandı və ümumilikdə il ərzində yerli banklara 7 milyard 168.9 milyon ABŞ dolları həcmində valyuta satılmış oldu.

Banker.az Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən təqdim edilən ümumi göstəriciləri hesablayaraq bu nəticəyə gəlir ki, yekunlaşmaqda olan bu ildə valyuta satışları öncəki ili düz 3 milyard 290.4 milyon ABŞ dolları və ya 84.8 faiz üstələmiş olub. 2020-ci ildə koronovirus səbəbindən dünyada qapanmalar səbəbindən neftin qiyməti kəskin dəyər itirmişdi ki, bu da nəticədə Azərbaycanda yerli əhalinin dollar alışına dəstək vermişdi. 2020-ci ildə valyuta bazarında ümumilikdə 7 milyard 303.7 milyon dollarlıq valyuta satılmışdı.

Bu ilin ən irihəcmli valyuta alışları oktyabrda – 738.7 mln. dollarla baş tutmuşdu. Oktyabr hərraclarında əsas təklif tərəfi Azərbaycan Mərkəzi Bankı olub, qalan 174.4 mln. dolları isə ARDNF tərəfindən həyata keçirilib. AMB son mətbuat konfransında bunun “müdaxilə” deyil, Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədi ilə baş tutduğunu demişdi.

Nəticədə, son iki ayda AMB-nin xarici valyuta ehtiyatları ardıcıl 424 milyon dollar və 404 milyon dollar, ümumilikdə isə 821 milyon dollar azalmış olub. Beləliklə, xarici valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 645.2 milyon dollar azalaraq 10 milyard 968 milyon dollara düşüb. 2024-cü ilin ilk 9 ayına qədər Mərkəzi Bank xarici valyuta ehtiyatlarını cəmi 183 milyon dollar artıra bilmişdi.

435345345435435

Qrafikdə: ARDNF hələ ki dekabr üzrə valyuta satışları ilə bağlı açıqlama verməyib.

Lakin Mərkəzi Bank dollar bolluğundan istifadə edərək ehtiyatlarını bərpa və hətta daha da artıra bilər. Neft Fondunun dövlət büdcəsinin qarşısında öhdəliyi 2024-cü ildə 12.8 milyard AZN ($7,5 milyard) nəzərdə tutulub. Yerli ekspert Samir Əliyev düşünür ki, bu vəsaitin 6.5 milyardı artıq satılıb. Büdcə proqnozuna tam əməl edilərsə, sonuncu ayda – dekabrda satılacaq valyutanın həcmi 1 milyard dollar olmalıdır. Ətraflı.

Mərkəzi Bankın manatın dəyərini sabit saxlamaq üçün əvvəlki illərdə olduğu kimi məzənnə siyasətinə uyğun hərəkət edəcəyi və ehtiyac olduqda valyuta bazarına müdaxilə edəcəyi gözlənilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Mərkəzi Bank tərəfindən aparılan qiymətləndirmələrə görə, 2025-ci ildə də tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir. Baza ssenari üzrə proqnozlara görə (neftin qiyməti 1 barelə görə 79,2 ABŞ dolları, qazın qiyməti min kub metrə görə 340 ABŞ dolları), 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti 5.5 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 7,2%-i səviyyəsində gözlənilir. Bu dövrdə də geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır.

Bəyanatda həmçinin qeyd edilib ki, enerji daşıyıcılarının dünya qiymətləri növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC+ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaqdır. BVF-nin oktyabr hesabatında neftin qiyməti 2025-ci ildə ötən ilə nəzərən 10,4% az olmaqla 72,8 ABŞ dolları səviyyəsində proqnoz edilir. Lakin əksər beynəlxalq analitik mərkəzlərin proqnozları daha nikbindir. Məsələn, ABŞ-nin Enerji İnformasiya Administrasiyası neftin qiymətini 78 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər