1 C
Baku
Saturday, December 14, 2024

2024-cü ilin ilk yarısında aktivlərindən ən yaxşı istifadə edən banklar – RENKİNQ

Azərbaycanda 2024-cü ilin ilk yarısı üzrə kommersiya banklarından aktivlərindən ən yaxşı istifadə edən bankların renkinqi məlum olub.

Banker.az xəbər verir ki, aktivlərin mənfəətlik (Return on Assets – RoA) əmsalı üzrə ən yaxşı göstərici “Bank Melli Iran”nın Bakı filialında qeydə alınıb. Aktivlər üzrə gəlirlilik əmsalı 2.99 bənd təşkil edib.

İkinci ən yaxşı ROA göstəricisi 2.31 bənd olmaqla “Yelo Bank” ASC-də qeydə alınıb.

Aktivlərin mənfəətlik (ROA) termini bankın ümumi aktivləri ilə müqayisədə nə qədər mənfəətlik olduğunu göstərən maliyyə əmsalına istinad edir. Korporativ idarəetmə, analitiklər və investorlar şirkətin mənfəət əldə etmək üçün öz aktivlərindən nə dərəcədə səmərəli istifadə etdiyini müəyyən etmək üçün ROA-dan istifadə edə bilərlər.

545533435435

Son xəbərlər
Digər xəbərlər