3 C
Baku
Saturday, December 14, 2024

“2024-cü ilin sonuna qədər bütün ölkə əhalisi yüksəksürətli internetlə təmin ediləcək”

“Əgər 2015-2020-ci illərdə Azərbaycanda cəmi 150 min vətəndaşın fiber-optik internetə çıxışı var idisə, təkcə bu ilin I yarısında 472 min insan yüksəksürətli internetə çıxışı imkanı əldə edib”.

Bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“2024-cü ilin sonuna qədər bütün ölkə əhalisi yüksəksürətli internetlə təmin ediləcək. Dövlət başçısının bizim qarşımızda qoyduğu əsas məsələlərdən biri də budur. Təbii ki, bizim üzərimizə həm də virtual mühitin təhlükəsizliyinin təmin edilməsi düşür. Bunun üçün İsrailin “Technion” Universiteti ilə danışıqlar aparmışıq, qarşıdakı 3 ildə 3 000-dək mütəxəssis hazırlanacaq”, – o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər