Azərbaycanda bankların xərclərinin gəlirlərə nisbəti əmsalı son bir ildə yüksəldiyi müşahidə edilir. Belə ki, bu nisbət 2023-cü ilin ilk üç rübü üzrə orta görsəticisi 58% olduğu halda, bu nisbət cari ilin eyni dövrünə 61%-ə qalxıb.
Bu Banker.az tərəfindən aparılan hesablamalarda bildirilir.
Xərclərin gəlirlərə nisbəti banklar üçün əsas göstəricilərdən biridir və əməliyyat xərclərinin əməliyyat gəlirlərinə olan nisbətini göstərir. Bu göstərici bankın əməliyyatlarının nə qədər səmərəli olduğunu əks etdirir. Məsələn, bankın xərclərinin gəlirlərinə olan nisbəti 61% olması, ümumilikdə bank sektorunun hər 100 manat üzrə gəlirinə görə 61 manat xərc çəkməsidir.
Xərclərin gəlirlərə nisbəti bankın xərclərinin gəlirlərə nisbətən nə qədər idarə olunduğunu nümayiş etdirir. Aşağı xərclərin gəlirlərə nisbəti xərclərin gəlirlərə görə nəzarət altında olduğunu, yəni səmərəli fəaliyyət göstərildiyini göstərir. Əksinə, yüksək nisbət daha çox gəlirin xərclərə sərf olunduğunu və qeyri-səmərəliliyi göstərə bilər.
Bu yaxşıdırmı?
Əksər banklar üçün aşağı xərclərin gəlirlərə nisbəti müsbət haldır, çünki bu, səmərəli idarəetməni və əməliyyat səmərəliliyini göstərir. Aşağı nisbəti olan banklar adətən böyüməyə, texnologiyaya və müştəri xidmətinin təkmilləşdirilməsinə daha çox sərmayə qoya bilirlər.
Sektorda ən yaxşı bu göstərici “Ziraat Bank Azərbaycan” ASC-də qeydə alınıb və illərdir ki, bu bank göstərici ilə yuxarı pillədədir. İkinci sırada isə dövlətə məxsus ABB-dir. Ölkənin ən iri bankında bu göstərici 48%-dir. Üçüncü “Xalq Bank”, dördüncü “Bank Avrasiya” və beçinci sırada isə “AccessBank” dayanır.
Qeyd edək bank sektoru 2024-cü ilin ilk üç rübündə 1.999 mlrd. manat xalis faiz gəliri, 1.222 mlrd. manat qeyri faiz gəliri əldə edərkən, 1.952 mlrd. manat qeyri-faiz xərci çəkiblər.
Bu xərclərin hesablama düsturu belədir: