10 C
Baku
Wednesday, April 30, 2025

2026-cı ildə Azərbaycanda iqtisadi artım 3.2% olacaq – Hökumətdən proqnoz

2026-cı ildə Azərbaycanda iqtisadi artım 3.2% proqnozlaşdırılıb.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsində bildirilir.

Məlumata görə, 2027-2028-ci illərdə ölkədə iqtisadi artım 3.6%, 2029-cu ildə isə 4.1% müəyyən edilib.

Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3.8 faiz, qeyri-neft/qaz ÜDM-in 5.1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1.2 faiz artacağı proqnozlaşdırılır.

Proqnozlara əsasən 2026-cı ilin sonuna ÜDM-in həcmi 135.7 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 101.3 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 162.6 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 129.1 milyard manata qədər artacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər