9 C
Baku
Thursday, December 26, 2024

2030-cu ildə dünyada 5G abunəçilərinin sayı 6.3 milyarda çatacaq

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson”un hesabatına əsasən, dünyada 5G mobil abunəçilərinin sayı üçüncü rübdə 163 milyon artaraq 2.1 milyarda çatıb.

Şirkətin proqnozuna görə, 2024-cü ilin sonuna qədər təqribən 2.27 milyard olacaq, beləliklə, dünyada bütün mobil abunəçilərin dörddə birindən çoxu 5G abunəçilərinin payına düşəcək.

2030-cu ildə bu rəqəmin 6.35 milyarda çatacağı gözlənilir ki, bu da ümumi mobil abunəçilərin 67%-ni təşkil edir. Eyni zamanda, 5G mobil trafikin təxminən 80%-ni təşkil edəcək.

“Ericsson” həmçinin 2030-cu ildə 6G standartının tətbiqini proqnozlaşdırır. Üçüncü rübdə 4G abunəçilərinin sayı 69 milyon nəfər azalaraq 5.1 milyarddan aşağı düşüb.

Son xəbərlər
Digər xəbərlər