21 C
Baku
Saturday, May 4, 2024

2040-cı ildə alternativ enerji sektorunun ÜDM-də payı 4 dəfə artacaq

2019-cu ildə Bakıda alternativ enerji istehsalında məşğul əhalinin sayı 4450 nəfər olub. 2040-ci ilə qədər isə bu sahədə 2295 əlavə yeni iş yeri yaradılacaq.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bildirilib ki, 2019-cu ildə alternativ enerji sektorunda istehsal olunmuş ÜDM-in dəyəri 146 milyon manat olub, sektorun ÜDM-də payı isə 0.5% təşkil edib. 2020-2040-cı illərdə isə bu sektorda 935 milyon manat əlavə ÜDM istehsal olunacaq və 2040-cı ildə alternativ enerji sektorunun ÜDM-də payı isə 2% təşkil edəcək.

Həmçinin alternativ enerji sektoru ilə bağlı 10% illik iqtisadi artım ehtimal olunur.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər