2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları məlum olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə Azərbaycan ən çox məhsul İtaliyaya ixrac edib.
8 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliyadan sonra Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 3 milyard 80,8 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 915,2 milyon dollar, Rusiyaya isə 463,3 milyon dollar olub.