Süd istehsalçılarına litr üçün 7 qəpik subsidiya veriləcək – kooperativlər 20% daha çox alacaq

Azərbaycanda süd istehsalına yeni subsidiya mexanizmi tətbiq ediləcək.

Qərara əsasən, EKTİS-də tədarükçü kimi qeydiyyatdan keçmiş süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə görə 7 qəpik subsidiya ödəniləcək.

Bu, hər ton süd üçün 70 manat dövlət dəstəyi deməkdir.

Banker.az-ın məlumatına görə, kooperativlər vasitəsilə təhvil verilən süd üzrə subsidiya 20 faiz daha yüksək olacaq. Belə halda dəstək hər litr üçün 8,4 qəpiyə, hər ton üçün isə 84 manata çatır.

Məsələn, il ərzində emal müəssisəsinə 1 milyon litr süd satan təsərrüfat üzrə subsidiya 70 min manat təşkil edə bilər. Eyni həcmdə süd kooperativ vasitəsilə təhvil verilərsə, məbləğ 84 min manata yüksəlir.

Subsidiya üçün heyvanların identifikasiyası, sığortalanması, südün soyudulması, EKTİS-də bəyan edilməsi və müəyyən olunmuş keyfiyyət standartlarına əməl olunması tələb ediləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər