15 C
Baku
Sunday, November 24, 2024

23,45 milyard manat dəyərində bağlanmış əqdlər – dövriyyə 72% artıb

2018-ci ildə”Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 23,45 milyard manat təşkil edib.

Banker.az  BFB-yə istinadən məlumat verir ki, bu, 2017-ci illə müqayisədə 72,2% çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 29,3% artaraq 112 950-yə çatıb.

BFB-nin dövriyyəsinin 36,5%-i və yaxud 8,557 milyard manatı törəmə maliyyə alətlərinin payına düşüb. Törəmə maliyyə alətləri bazarının həcmində illik 44,25% artım qeydə alınıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 2,2 dəfə artaraq 13,341 milyard manat, səhm bazarı üzrə əqdlərin dəyəri 3,3 dəfə azalaraq 215 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 15,4% azalaraq 726 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 11,9 dəfə artaraq 612 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər