May ayının 24-25 tarixlərində Hünər liseyində VII Milli Marketinq Forumu keçiriləcək. Forumun məqsədi ölkənin marketinq sahəsinin inkişafına dəstək olmaq, trendləri araşdırmaq və praktiki problemlərin həllini tapmaqdır.
Milli Marketinq Forumu Marketinq Azərbaycan qrupu, Marketing AİR, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir.
Əsrin müqaviləsinin 25 illiyinə həsr olunan forumda əsas deviz “Optimal həllər” seçilmişdir. Forumda Milli Keyslər, Rəqəmsal marketinq, Marketinq Kommunikasiyaları, İstehlakçı davranışı, Bloqçuluq və Trendlər kimi panellər olacaq. Bütün panellər üzrə biznes sahibləri və mütəxəssislər biznesdə optimal həllərdən danışacaqlar.
Forumun biletləri artıq satışdadır. Biletləri Forumun saytında, Facebook səhifəsində onlayn sifariş göndərməklə əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti: 50 AZN
VII Milli Marketinq Forumunun keçirilməsinə dəstək olan tərəfdaşlarımız:
Təşkilatçı: Marketinq Azərbaycan, Facemark.az, Marketing AİR
Kreativ tərəfdaş: Fil Agency
Dijital tərəfdaş: ELSEO
Proqram tərəfdaşı: Logix
Bilet tərəfdaşı: Ticketsetup
Çap və Promo dəstəyi: CREA TIME
Daha ətraflı:
Millimarketinqforumu.com
Facebook.com/millimarketinqforumu
+994 51 295 46 77