Ermənistan mallarına güzəştlər təsdiqləndi.
Avropa Parlamenti Ermənistan məhsullarına ticarət güzəştlərinin tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Layihənin lehinə 583 deputat, əleyhinə 49 deputat səs verib, 39 deputat isə bitərəf qalıb.
Qeyd edək ki, sentyabrın 2-də Aİ Şurası (Coreper II – səfirlər səviyyəsində) Ermənistanın geniş çeşiddə məhsullarına tətbiq olunan gömrük rüsumlarının iki il müddətinə müvəqqəti dayandırılmasını və Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizinin liberallaşdırılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsünü təsdiqləyib.
Sentyabrın 3-də isə Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) layihəni 35 lehinə, 2 əleyhinə və 3 bitərəf səslə dəstəkləyib.







