10 C
Baku
Wednesday, December 11, 2024

25 milyon manat güzəştli kreditlə 770 -ə yaxın yeni işyerləri açılacaq

Sahibkarlığın İnkişafı Fondundan ayrılan güzəştli kreditlərin 95.7%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

Banker.az xəbər verir  ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2021-ci ilin yanvar-may ayları ərzində 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24.9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 770-ə yaxın yeni işyerinin yaradılması nəzərdə tutulur.

Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən güzəştli kreditlərin 79%-i regionlarda, 21%-i isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür.

Bu kreditlərin 37.6%-i sənayeməhsullarının istehsalı və emalı, 53,7%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8.7%-i isə digər sahələrin inkişafına yönəldilib.

Son xəbərlər
Digər xəbərlər