5 C
Baku
Saturday, December 14, 2024

Hindistanın ən varlı adamı “Zoom”un rəqibi olan “JioMeet” xidmətini istifadəyə verdi

Hindistanın “Reliance Jio Platforms” şirkəti yeni “JioMeet” xidmətini istifadəyə verib.

Banker.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.

Qeyd edək ki, “Jio Platforms” Hindistanın ən böyük operatorudur və bu ölkənin ən varlı adamı milyarder Mukeş Ambaniyə məxsusdur.

“Zoom” və “Google Meet” kimi “JioMeet” də istifadəçilərə limitsiz və pulsuz videozəng xidmətini təklif edir. Bildirildiyi kimi, bir zəngə 100 nəfərə qədər insan qoşula bilər.

Hazırda bu xidmətdə ödənişli tariflər yoxdur və gələcəkdə olub-olmaması hələ sual altındadır. Belə ki, “Jio Platforms” uzun illərdir ki, pulsuz xidmətlər tədarükçüsü kimi tanınır.

Xatırladaq ki, “JioMeet” xidməti 2020-ci ilin mayında test olunmağa başlayıb. Şirkətin verdiyi məlumata görə, bütün videozənglər parol ilə qorunacaq, sistemə eyni anda bir neçə cihaz vasitəsilə daxil olmaq mümkün olacaq, istifadəçilər ekranın nümayişi funksiyasından istifadə edə biləcəklər.

“JioMeet” xidmətinin həm MacOS, həm Windows, həm də iOS və Android üçün ayrıca tətbiqləri var.

2020-ci ilin may və iyun aylarında “JioPlatforms” şirkəti “Facebook”, “Silver” və digər investorlardan 15,2 milyard dollar cəlb edib.

Son xəbərlər
Digər xəbərlər