“Bank BTB”, “Amrahbank” və “Muğanbank” depozitlərinin faizlərini endirib.
Banker.az-ın monitorinq qrupu bu barədə bildirir.
“Bank BTB” ASC “Müddətli” əmanət məhsulunun müddətlər üzrə illik faiz dərəcəsini 11%-dən 9,5%-ə endirib. Söhbət, milli valyutada -manat ilə qəbulundakı şərdtən gedir.
“Amrahbank” ASC, “Lider” və “Güvən” əmanətlərinin ABŞ valyutasında (USD) illik faiz dərəcəsini 3%-dən 2,5-ə endirib.
Digər bir dəyişiklik isə “Muğan Bank”ın USD-də olan “Meqa” depozit məhsulunun faiz dərəcəsini 3%-dən, 2,5%-ə endirib.