Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Prosys” MMC və “Datum” MMC ilə müqavilə bağlayıb.
“Prosys” MMC ilə olan müqavilədə Azmelsutəsərrüfat” ASC üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması (insan resursları, maliyyə-mühasibat uçotunda vahid elektron uçot bazasının yaradılması və elektron sənəd dövriyyəsinin təşkili) nəzərdə tutulur. Müqavilənin dəyəri isə 690 241 manatdır.
“Datum” MMC ilə bağlanmış müqavilədə isə “Azmelsutəsərrüfat” ASC üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması (meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması) nəzərdə tutulur. Müqavilənin dəyəri isə 2 100 005 manatdır.