Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs sədr təyin olunub.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmanla Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən İsmayıl Cavanşir oğlu Qəribli “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin sədri təyin edilib.