26 C
Baku
Friday, April 19, 2024

Azərbaycanın fermeri Qazaxıstana çiyələk ixrac edib

Lənkəran rayonunun Vilvan kənd sakini, fermer İsgəndər Şərifov dörd ildir ki, təsərrüfatında çiyələk yetişdirir. Fermer bu il çiyələk əkini sahəsini artıraraq 36 hektara çatdırıb. Təsərrüfatda həm istixana şəraitində, həm də açıq havada 6 növ çiyələk əkilib.

Onun sözlərinə görə, çiyələk məhsuluna daxili bazarla yanaşı, xarici bazarlarda da tələbat çoxdur. Artıq 8 ton çiyələk məhsulu Qazaxıstana göndərilib.

Fermer təsərrüfatında kütləvi yığım başladıqdan sonra şirkətlərlə bağlanmış müqavilələr əsasında Rusiya bazarlarına da məhsul göndəriləcək.

Fermerlərin və məhsul istehsalçılarının yetişdirdikləri məhsulu saxlamaq üçün Lənkəranda ümumi tutumu 300 ton olan soyuducu anbar da inşa edilib. Bu, məhsul istehsalçılarına yetişdirdikləri məhsulun keyfiyyətinə xələl gəlmədən xarici bazarlara çıxarmağa imkan yaradır.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər