13 C
Baku
Thursday, May 9, 2024

3,7 milyon dollarlıq əsəri zibilə atdılar

Honq Konqda otel xidmətçiləri məşhur Çin rəssamı Çuy Juçjo-nun rəsm əsərini zibilə atıblar. İnsident baş verməmişdən bir gün öncə əsər hərracda 3,7 milyon dollara satılmışdı.

Qeyd edək ki, otel xidmətçiləri bunu təsadüfən etmişlər. İncəsənət əsərinin dəyəri 3,7 milyon dollar olaraq qiymətləndirilir. Verilən məlumatlara görə, “şah-əsər” hərracda məhz bu qiymətə də satılmışdır. Hadisə hərracdan sonra prestijli Grand Hyatt otelində baş vermişdi. “Qarlı dağlar” adlı rəsm əsəri yeni sahibinin kolleksiyasını bəzəməmiş gözlənilməz anda zibilliyə nəsib oldu.

Təhlükəsizlik kameralarının qeydə aldığına görə, otel xidmətçisi təmizlik zamanı əsəri səhvən digər zibillərlə birgə aparmış və zibilə atmışdır.

İsti izlərlə hadisə yerinə gəlmiş polis rəsm əsərini tapa bilmir və onun sonraki taleyi hələ ki, məlum deyil. Qeyd edək ki, Çuy Juçjo-nun əsərlərinə böyük tələbat var və çox baha qiymətə satılır. Hərracda onun digər bir əsəri də satılmışdır .

Son xəbərlər
 ⁠
Digər xəbərlər