2026-cı ilin yanvar-iyul aylarında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi üzrə ixrac həcmində azalma qeydə alınıb.
Banker.az xəbər verir ki, qurumun ixracı cari ilin ilk 7 ayında 175.7 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin eyni dövründə bu göstərici 244.3 milyon ABŞ dolları idi. Beləliklə, idarənin ixracı illik müqayisədə 68.6 milyon dollar və ya 28% azalıb.







