3D printerdə 2,2 ton ağırlığında 7 metrlik gəmi çap edilib. Bu, indiyədək çap edilmiş ən böyük obyektdir, onun istehsalına 72 saat vaxt sərf edilib.
Men Universitetinin Qabaqcıl Konstruksiyalar Mərkəzinin hazırlaması “Ginnes Rekordlar Kitabı”na düşüb. Alimlər dünyada ən böyük polimer 3D printer prototipi hazırlayıblar və həmin printerdə 3D çap texnologiyasının köməyi ilə ən böyük obyekt çap edilib.
Alimlər öz fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar: printer uzunluğu 30 m-dək, eni 3 m-dək və hündürlüyü 3 metrədək olan obyektləri çap etmək gücünə malikdir.
Tədqiqatçılar öz fəaliyyətini, həmçinin kommersiyalaşdırmağı planlaşdırır: onlar plastik və ağacdan istifadə etməklə gəmilər çap edəcəklər.