20 C
Baku
Tuesday, May 6, 2025

“3G Capital” investisiya fondu ayaqqabı istehsalçısı “Skechers”i $9.4 milyarda alıb

“3G Capital” investisiya fondu Amerikanın idman ayaqqabıları və geyimləri istehsalçısı “Skechers”i satın alır. “Reuters”in qeyd etdiyi kimi, sövdələşmənin ümumi dəyəri 9.4 milyard dollara çatır.

Müqavilənin bu ilin üçüncü rübündə bağlanması planlaşdırılır. Bundan sonra 1999-cu ildə birjaya çıxan “Skechers” yenidən özəl şirkətə çevriləcək.

Müqavilənin şərtlərinə əsasən, “3G Capital” aldığı hər bir “Skechers” səhmi üçün 63 dollar nağd ödəyəcək ki, bu da mayın 2-də, cümə günü bağlanış qiymətindən 28% bahadır. Razılaşmanın elanından sonra istehsalçının səhmləri 26% artıb.

“Skechers” gəlirlərinə görə dünyanın üçüncü ən böyük ayaqqabı istehsalçısıdır. Ötən ilin yekunlarına əsasən, şirkətin gəliri 8.97 milyard dollar təşkil edib. “Skechers” qeyd edir ki, “hazırkı mühit maliyyə nəticələrini planlaşdırmaq üçün çox dinamikdir”. Şirkət həmçinin Çində satışlarının azaldığını bildirib. Bugünkü qazanclara baxmayaraq, “Skechers” səhmləri il ərzində 8% azalıb.

Son xəbərlər
Digər xəbərlər