Rusiya Federasiyasının Zabaykalsk diyarında nodulyar dermatit xəstəliyi, Botsvana Respublikasının Kqatlenq inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, Braziliya Federativ Respublikasının Minas-Jerays və Matu-Qrosu ştatlarında süngərvari ensefalopatiya xəstəliyi qeydə alınıb.
Banker.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Braziliya Federativ Respublikasının Minas-Jerays və Matu-Qrosu ştatlarından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Zabaykalsk diyarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, Botsvana Respublikasının Kqatlenq inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.