22 C
Baku
Wednesday, June 25, 2025

4 rayonda icra başçısı yoxdur

Azərbaycanda 4 rayonun icra hakimiyyətinin başçısı yoxdur.

Qax, Nəsimi, Culfa və Ağdərə rayonlarında icra başçısı vəzifəsi boşdur.

Belə ki, bir neçə gün əvvəl Qax rayonunun icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Şəkiliyev vəzifəsindən uzaqlaşdırılıb.

Culfanın icra başçısı Siyam Hacıyev isə ötən ilin iyul ayında işdən çıxarılıb və onların yerinə heç kim təyin edilməyib.

Nəsimi Rayon İcra Hakimiyyətinin sonuncu başçısı  Asif Əsgərov olub. O, 2024-cü ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində Milli Məclisin deputat seçilib. Prezident İlham Əliyevin sərəncamı ilə Asif Əsgərov vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.

Başçısı olmayan qurumlardan biri də Ağdərə Rayonun İcra Hakimiyyətidir. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər